07 noyabr 2017 20:49
567

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Noyabrın 7-dən 9-dək Praqa şəhərində (Çexiya) Kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsi, noyabrın 7-dən 10-dək Kunqsangen şəhərində (İsveç) Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kursu və noyabrın 7-dən dekabrın 4-dək Kəraçi şəhərində (Pakistan) Hidroqrafiya və Okeanoqrafiya kursu keçirilir.

“İki sahil” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.