Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belçikaya səfər edəcək.
“İki sahil” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir, NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak edəcək.
Toplantıda Müdafiə nazirinin ölkəmizin Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə, həmçinin Əfqanıstan ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.