10 noyabr 2017 19:39
628

Ermənistan ordusunun zabiti döyülərək xəstəxanalıq edilib

İşğalçı Ermənistan ordusunun Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrindən birində daha bir ağır cinayət hadisəsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, alayın zabiti kapitan Qurqen Qriqoryan xidmət yoldaşları tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb, insidentin səbəbləri araşdırılır.