15 noyabr 2017 20:27
1128

Azərbaycanda peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək

 Azərbaycanda peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək.

“Report”un xəbərinə görə, bu, yeni hazırlanan “Peşə təhsili haqqında” qanunda əksini tapıb.

Qanunun 4-cü (dövlətin vəzəfiləri) maddəsində deyilir: “Peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir”.