17 noyabr 2017 19:26
756

Türkiyə hərbçilərini NATO təlimlərindən geri çağırdı

Türkiyə 40 hərbçisini Norveçdə keçirilən NATO təlimlərindən geri çağırıb.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib: "Onlar "düşmənlər"in fotolarının olduğu stend quraşdırıblar, orada da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və mənim şəkillərim əks olunub. Məsələdən xəbər tutan Türkiyə Baş Qərargahının rəisi dərhal bizə məlumat verdi və bildirdi ki, NATO təlimlərində iştirak edən 40 türkiyəli əsgərin geri çağırılması barədə qərar qəbul olunub".

R.T.Ərdoğan Türkiyə hakimiyyətinin bu qərarı dəstəklədiyini bildirib: "Ankara həmin stend götürülsə belə, bu qərarına yenidən baxmayacaq".