26 oktyabr 2018 17:40
2590

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risklər daşıyır

Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmayanadək ölkə iqtisadiyyatı indiki vəziyyətində qalacaq və heç bir inkişaf olmayacaq

Trend-in məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada rusiyalı jurnalist, hərbi ekspert İqor Korotçenko deyib.

O qeyd edib ki, N.Paşinyan korrupsiya ilə mübarizə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması vədlərini yerinə yetirə bilməyəcək.

Ekspertin sözlərinə görə, Ermənistanın problemlərinin həlli Dağlıq Qarabağ münaqişəsinə dirənir: "Problemin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risklər daşıyır. Paşinyanın vədlərinə baxmayaraq ola bilər ki, Ermənistan getdikcə daha da çökəcək".

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.