27 sentyabr 2018 14:55
2808

Şamaxıda yolun yenidən qurulması yekunlaşır

Şamaxıda 4 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşır

Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı, torpaq və çınqıl örtüklü olması isə yük və sərnişin daşımasına maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Qısa müddət ərzində tərəfindən sözügedən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Layihəyə uyğun tikinti işləri bitəndən sonra hərəkətin normal təşkili üçün 96 ədəd müxtəlif yol nişanı (km göstərici, xəbərdaredici, üstünlük bildirici, informasiya göstərici və s.), həmçinin 640 ədəd siqnal dirəyi quraşdırılacaq, 48 km uzunluğunda xətlənmə işləri aparılacaq.

Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun yenidın qurulması ilə 4 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, kənd əhalisinin rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə etməklə yetişdirdikləri məhsulları tez bir zamanda bazarlara çıxarmaqlarına şərait yaradılmış olacaq.