28 sentyabr 2018 17:43
3344

Şəki-Xaldan avtomobil yolunun tikintisinə oktyabrda başlanacaq

Şəki-Xaldan avtomobil yolunun tikintisinə başlanacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.

S.Məmmədovun sözlərinə görə, yolun tikintisinə oktyabr ayında start veriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri qeyd edib:

"Artıq tender keçirilib. 55 kilometrlik Şəki-Xaldan avtomobil yolunun tikintisi ilə bağlı hazırlıq işləri yekunlaşıb. Oktyabr ayının əvvəllərindən tikintiyə başlanacaq".