05 oktyabr 2018 18:14
3363

Kosacan kəndində kompleks quruculuq işləri aparılır

Şərur rayonunun Kosacan kəndində məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar inşa edilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin inşaatçılarına həvalə olunub. 222 şagird yerlik, 3 mərtəbədən ibarət olan məktəb binasında tikinti işləri başa çatmaq üzrədir. Məktəb binasında müəllim və şagirdlərin ixtiyarına işıqlı və geniş sinif otaqları, elektron lövhəli, kompüter, şahmat sinifləri, hərbi kabinə, idman zalı, zəngin kitab fondu olan kitabxana, kimya, biologiya, fizika laboratoriyaları veriləcək.

İki mərtəbədən ibarət kənd mərkəzində yaşayış məntəqəsində fəaliyyət göstərən qurumlar üçün normal iş şəraiti yaradılacaq. Bu obyektdə də hörgü işləri tamamlanıb. Bir mərtəbədən ibarət xidmət mərkəzində sakinlərə ticarət və müxtəlif sahələr üzrə xidmətlər göstəriləcək.

Kompleks quruculuq tədbirləri çərçivəsində kəndə gedən yolda yenidənqurma işləri aparılır.