18 oktyabr 2017 18:48
570

Maksim Sokolov: Samur çayı üzərində avtomobil körpüsünün tikintisi 2 ilə yekunlaşacaq

Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərində təməli atılan avtomobil körpüsünün tikintisi 2 ilə yekunlaşacaq.

Bunu AZƏTAC-a müsahibəsində Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib.

Rusiyanın nəqliyyat naziri bildirib ki, sürücülər artıq 2019-cu ildə müasir infrastrukturdan istifadə edə biləcəklər.

Qeyd edək ki, bu gün Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub.