31 oktyabr 2018 17:11
2443

"Apple" yeni məhsulunu təqdim etdi

"Apple" şirkəti yeni "ipad Pro" planşetlərini təqdim edib.

Başlanğıc qiyməti 799 dollar olan yeni modellər gələn həftədən satışda olacaq.

Yeni planşetlər 11 və 12,9 düym diaqonallı ekran ölçülərində olacaq. Şirkət yeni modellərin ekranının sahəsini artırıb. Adi düymələrin ölçüsü 5,9 mm-dək azalıb, forması daha "peşəkar" və ciddi cizgilər alıb.

Şirkət həmçinin bildirib ki, yeni "iPad" əvvəlki modelə nisbətən daha güclü və funksional olub./publika.az