15 mart 2018 21:22
1197

“Elisa” beşinci nəsil supersürətli interneti təqdim edib

Finlandiyanın ən iri telekommunikasiya şirkəti olan “Elisa” yeni nəsil rabitə formatını təqdim edib. Bu formatda məlumatların ötürülmə sürəti bütün hədləri aşıb, ifrat sürətli internetin imkanları isə başqa formatların onunla rəqabət aparmasına əsla şans vermir.

“Elisa” şirkətinin texnoloji bölməsinin rəhbəri Toomas Pollinin sözlərinə görə, bu routerdən evdə real istifadə edilə bilməsi bir sıra amillərdən asılıdır: əvvələn, belə parametrlərə malik olan qurğudan istifadə edilməsi üçün lisenziya alınmalı və ikincisi, routerlərin kütləvi istehsalına başlanmalıdır.

Həm “Elisa”, həm də “Tele2” və “Telia” şirkətləri bildirirlər ki, artıq gələn ilin birinci yarısında bu cür internetdən istifadə etmək mümkün olacaq. Lakin operatorlar əmindirlər ki, müvafiq standart gələn il qəbul edilsə də, əvvəlcə bu cür internet yalnız biznes-müştərilər üçün maraqlı olacaq.

Smartfonları həyatımıza tətbiq etmiş 3G kimi, 5G internet də inqilab etməyəcək, o, yalnız həyatımızı dəyişdirəcək. Məsələn istehsalçıların çoxu öz ixtiralarını və proqramlarını yeni səviyyəyə çatdırmaq üçün bu standartın nə vaxt qəbul ediləcəyini gözləyir.

5G internet adi istifadəçiyə hansı üstünlüklər verə bilər? Məsələn, telefonda müəyyən oyun bütöv bir məkanı canlandıra bilər, həmin məkanı fırladaraq onu müxtəlif rakurslarda nümayiş etdirə bilər, lakin 5G internetin imkanları bununla məhdudlaşmır.

Daha bir nümunə: Finlandiyanın “Umbra” firmasında yaradılan 3D modellərin müştəriləri üçün həmin modelləri planşet və ya smartfonlar vasitəsilə real məkanda görə bilmək çox vacibdir.

Avropa İttifaqının direktivinə uyğun olaraq 2019-cu ildə 5G internet standartı Aİ-nin bütün ərazisində qəbul edilməlidir.