21 may 2018 22:53
1012

Çin "Queqiao" kosmik aparatını buraxdı

Çin Aydakı "Chang'e 4" missiyası ilə əlaqə üçün nəzərdə tutulmuş "Queqiao" kosmik aparatını fəzaya buraxıb.

Trend-in məlumatına görə, aparatın buraxılması səhər saatlarında Siçan kosmodromunda həyata keçiirlib.

"Queqiao" kosmik aparatının Ayın əks tərəfinə yerləşmiş missiya ilə əlaqə üçün istifadəsi planlaşdırılıb.

Qeyd olunur ki, əgər bu kosmik aparatın sınağı uğurla keçərsə, 2018-ci ildə "Chang'e 4"ün fəzaya buraxılması nəzərdə tutulub.