15 avqust 2018 14:32
901

Magistraturanın boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub

Dövlət İmtahan Mərkəzi "Magistr" jurnalının 7-ci nömrəsini nəşr edib.

Mərkəzdən verilən məlumata görə, jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub.

Jurnalda həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları təqdim olunur.

Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/saytından sifariş etmək olar.