14 noyabr 2018 21:26
2423

On birinci sinif şagirdlərinin nəzərinə!

İngilis dili fənni üzrə audiomateriallara aid tapşırıqlarla artıq 11-ci siniflər üçün çap olunmuş qiymətləndirmə tapşırıqları kitabçasında tanış olmaq mümkündür.

Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, bu qurumun saytında 2019-cu ildə keçiriləcək ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında şagirdlərin xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılmasına aid nümunə audiofayllar yerləşdirilib.

Abituriyent jurnalının artıq nəşr olunmuş “Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ı və “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ında, eləcə də 11-ci siniflər üçün ingilis dili fənni üzrə qiymətləndirmə tapşırıqları kitabçasında audiofayllara uyğun tapşırıqlarla tanış olmaq mümkündür.

İmtahan fənləri üzrə vəsaitlərdə verilmiş dinləmə mətnləri də müvafiq saytda yerləşdirilib. Yaxın vaxtlarda vəsaitlər dərc ediləcək və burada yerləşdirilən audiomətnlərə aid tapşırıqlarla tanış olmaq imkanı yaradılacaq.

Nümunə audiomateriallar saytda bir daha təqdim olunur. Faylı kompüterə yükləmək üçün “mausun” sol düyməsini lazım olan fənnin üzərində sıxmaq və açılan pəncərədə sağ tərəfdə nöqtələrin üzərində düyməni yenidən sıxıb “download” etmək lazımdır.