16 fevral 2018 15:26
1425

Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 2 tələbəyə maraqlı hədiyyə verib.

BANM-ın rektoru universitetin tələbələrini müxtəlif nominasiyalar üzrə qiymətləndirib.

Tələbə Famil Babayev və Abusupyan Adıyevə verilən mükafat daha çox diqqət çəkib. Belə ki, rektor dərsə ən çox gecikən bu iki tələbəyə zəngli saat hədiyyə edib. E.Qasımov tələbələrə məsləhət görüb ki, həyatlarını yatmağa sərf etməsinlər.