21 noyabr 2017 17:34
999

BMU tələbəsi beynəlxalq sertifikata layiq görülüb

İngilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən IELTS və TOEFL sertifikatları olduğu kimi, mühasibat uçotu sahəsində də biliyi beynəlxalq səviyyədə təsdiq edən müvafiq ACCA və CİMA sertifikatları mövcuddur. Hazırda dünyanın bir çox yerində, o cümlədən Azərbaycanda da geniş yayılmış və qəbul edilən ACCA İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyasının (The Association of Chartered Certified Accountants) beynəlxalq sertifikatıdır. ACCA F9 və P4 diplomu 14 imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara verilir. İmtahanları uğurla keçmiş şəxslər ACCA-yə üzv olur və beynəlxalq səviyyədə istinad edilən ixtisaslı mühasiblərə çevrilirlər.

Bakı Mühəndislik Universitetinin (BMU) iqtisadiyyat və idarəetmə fakültəsinin 4-cü kurs tələbəsi Fəqan Məmmədzadə online rejimdə imtahan verərək, yüksək nəticələrlə ACCA–nın diplomuna layiq görülüb.

Fəqan Məmmədzadə bildirib ki, ACCA haqqında ilk dəfə məlumatı kafedra müəllimlərindən alıb. Dörd illik tədris planı demək olar ki, ACCA-nın imtahanları ilə uyğunlaşdırılıb. “ACCA BMU-nun mühasibat uçotu tələbələrini F1-dən F4-ə kimi imtahanlardan azad edir və kafedramızla ACCA arasında F7-yə və hətta F9-dək azad edilmə barəsində müzakirələr aparılır. Keçən il bizə 2 semestr ərzində “F7-Financial Reporting” dərsi tədris olunub və mən bu ilin sentyabr sessiyasında imtahanda iştirak etməklə Azərbaycan üzrə birinci, dünya üzrə isə 8-ci yeri qazandım”, - deyə beynəlxalq sertifikata layiq görülən tələbə qeyd edib.

BMU-nun tələbəsi bu uğuru əldə etməyində müəllimlərinin dəstəyinin mühüm rol oyandığını vurğulayıb.