04 iyul 2018 19:12
1850

Ötən gün 81 nəfər paytaxtın təcili yardım xidmətlərinə müraciət edib

İyulun 3-də axşam saatlarında işıqların sönməsi ilə əlaqədar metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2,1 mindən çox müraciət daxil olub. Müraciətlərin 62-nə günvurma diaqnozu qoyulub. Anomal istilərdən əziyyət çəkənlərin 46-sı hospitalizasiya edilib, qalanlara ilkin tibbi yardım göstərilib. Çağırışlar arasında ölüm faktı qeydə alınmayıb.