12 oktyabr 2018 14:17
2095

Çəki itimək haqqında bilmədiyimiz doğrular və yanlışlar

Arıqlamaq, pəhriz saxlamaq ətrafında hər zaman müxtəlif fikirlər mövcud olub. Gəlin hansı informasiyanın doğru, hansının yanlış olduğunu müəyyən edək.

- Sitrus meyvələr arıqlamağa kömək edir

Düzdür. Narınginin tərkibində olan flavonoid nobiletin maddəsi yağ hüceyrələrinin toplanmasının qarşısını alır.

- Yemək davranışı beş yaşına qədər formalaşır.

Elədir ki var! Uşaq yaşlarından artıq yemək yeyən uşaq böyüdükdən sonra da normadan artıq yemək yeyəcək.

- Arıqlamaq üçün pul ödəmək.

Arıqlamaq üçün pul ödəmək həqiqətən də var və onu həyata keçirən ölkənin adı İngiltərədir. Bu üsul ilə ölkə daha az məsrəf etmiş olduqlarını hesab edir. Səbəb isə piylənmənin  ölkəyə baha başa gəlməsidir. Çünki kök insanları müalicə etmək üçün daha çox məsrəf tələb olunur.

- Yaponlar helmintozlara  (parazit qurdları ) görə arıqdırlar.

Yaponlar heç də parazitlərə görə arıq qalmırlar, onlar məhz qidalanmaq sisteminə əsasən artıq çəki yığmırlar. Bir yapon heç bir zaman rahat həzm olunan qida qəbulunu təxirə salmır. Yaponiyada nahar və şam yeməyində beş müxtəlif yemək növündən istifadə etmək qəbul olunandır. Yaponlar yağdan az istifadə edirlər, porsiyaları az olur,  desert isə çox nadir hallarda yeyilir.

- Arıqlamaq üçün sintetik həblər sağlamlığa ziyandır.

Sintetik həblər artıq yağları orqanizmdən xaric edir, lakin dərini pisləşdirir, bir aydan sonra isə saçlar və dırnaqların vəziyyətini pozur. Arıqlamaq üçün ancaq otların dəmlənməsindən istifadə etmək olar.

Diyetoloqlar xəbərdarlıq edirlər ki, sürətli çəki itirmək ağır nəticələrə gətirib çıxara bilər. Daima ac qalmaq sinir sistemini çökdürə bilər, qadınlar isə belə bir ağır pəhrizdən sonra ikiqat çəki yığmış olurlar.

Demək olar ki, bir çox qadın arıqlamaq istəyir və düşünür ki, anoreksiya xəstəliyi təhlükəsi onları təhdid edə bilməz. Bu xəstəliyin bəlası ondadır ki, ona tutulmaq asandır, lakin müalicə olmaq çox çətindir. Anoreksiyaya tutulmuş bir xanım ondan xilas olmaq üçün pəhrizi atar və kalorili qidalar qəbul etməyə başlayar, lakin tükənmiş orqanizm qidadan imtina edər.

Hansısa bir məhsulun orqanizmə təsiri birmənalı ola bilməz. Məsələn, kofe kimdəsə iştahanı artıra bilər, kimdə isə azalda bilər. Bura, həmçinin almanı, şəkəri və s  aid etmək olar. Lakin alkaqol hər kəsə eyni təsir edir - iştahanı artırır.

Könül Əliyeva, “İki sahil”