16 oktyabr 2018 15:27
1778

Oktyabrın 16-sı Dünya Anesteziya Günüdür

Hər il oktyabrın 16-da qeyd edilən Dünya Anesteziya Gününü anestezioloq-reanimatoloqlar və tibbin bu sahəsinin mütəxəssislərinin peşə bayramı hesab edilir.

Anesteziya-sinirlərin həssaslığını itməsidir. Cərrahi əməliyyatların ağrısızlaşdırılması, dişlərin, zədələrin müalicəsi və tibbin digər sahələrində süni anestiziyadan istifadə edilir.

AZƏRTAC xəbər verir ki, tibbin bu sahəsinin tarixi XIX əsrin ortalarından başlanılıb. Belə ki, 1846-cı il oktyabrın 16-da amerikalı diş həkimi Tomas Morton üz hissədən şişi götürmək üçün efir narkozu altında əməliyyat aparıb. Anasteziyaedici kimi o dietil efirinin inhalyasiyasını tətbiq edib və bu, tibb tarixində ilk dəfə olaraq ümumi narkoz anesteziya ilə əvəz olunub. Ona görə də oktyabrın 16-sı Dünya Anesteziya Günü kimi qəbul edilir.

Keyitmə vasitələri daha qədim vaxtlardan məlum idi. Məsələn, bir çox hindi tayfaları həssaslığın azaldılması üçün müxtəlif bitkilərin şirəsindən istifadə ediblər. Eramızdan əvvəl I əsrdə yunan filosofu və həkimi Dioskorid imperator Neronun vaxtında Roma ordusu ilə birgə səyahət zamanı mandraqora bitkisindən yuxugətirən və sakitləşdirici dərmanlar hazırlayır. Bu dərmandan yaralı döyüşçülərin əməliyyatı zamanı keyidici kimi istifadə olunub. İlk dəfə anesteziologiya terminini də məhz Dioskorid tərəfindən işlədilib.

Cəmiyyət inkişaf etdikcə bu sahə də təkmilləşərək tibbin ayrılmaz hissəsinə çevrilib. Ondan yalnız cərrahi əməliyyatlar zamanı deyil, həm də psixiatriya, narkologiya və digər sahələrdə istifadə olunmağa başlayıb.

Müasir tibdə anesteziyanın ümumi, yerli və bel formalarından istifadə edilir və bu sahə daim yenir.