19 oktyabr 2018 19:11
1707

Daha bir uğurlu neyrocərrahiyyə əməliyyatı icra olunub

Sinir toxuması olduqca həssasdır və bərpası çətindir. Lakin vaxtında və doğru aparılan müalicə bu həssas toxumanın bərpası üçün zəmin yaradır.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) AZƏRTAC-a bildiriblər ki, bu tibb müəssisəsinə müraciət edən 66 yaşlı qadın son aylardır ki, yerimənin və müvazinətin pozulması, aşağı ətraflarda artan gücsüzlük, ağrı və hissiyyatın pozulması şikayətlərinin olduğunu bildirib.

Çəkilən MRT-də xəstənin onurğa beyninin döş şöbəsində onurğa kanalını demək olar ki, tam dolduran və onurğa beynini sıxan törəmə aşkar edilib. Müayinələr nəticəsində cərrahi müdaxiləyə qərar verilib və neyrocərrah Azər Əkbərov tərəfindən icra olunan mikroskopik üsullu əməliyyat vasitəsilə törəmə tam xaric edilib.

Üç ay sonra xəstənin bütün şikayətləri aradan qalxıb. Post-op MRT-də qalıq törəmə aşkar edilməyib, onurğa kanalı və onurğa beyni tam rahatdır.