09 aprel 2018 14:31
897

Xərçəngi qanda aşkar edən cihaz hazırlanıb

Xərçəng xəstəliyini qanda aşkar edən cihaz hazırlanıb.

AZƏRTAC "ntv.com.tr" saytına istinadla xəbər verir ki, bu cihazı ABŞ-ın Karnegie Mellon Universitetinin türkiyəli alimi Utku Mustafa Sönməz yaradıb.

Yeni cihaz xərçəng hüceyrələrinin qandan təmizlənməsi üçün istifadə olunacaq. Türkiyəli alim bu cihazın ərsəyə gəlməsi üçün iki il sərf edib.