07 aprel 2018 23:58
4151

Detoks zamanı elədiyiniz 10 səhv

Həkim - dietoloqlar insan orqanizminin detoks olunmasının nə qədər müddət ərzində olması, bu zaman fiziki aktivliyin zaman müddəti, tamamilə sulu yeməyə keçməyin düzgün olub-olmaması haqqında fikirlər irəli sürüblər. Bu zaman hansı səhvlərə yol verilir?

1. Siz “detoks” anlayışını düzgün  başa düşmürsünüz

Bir çoxları “detoks” anlayışını düzgün şəkildə anlaya bilmir. Bu təbii proses böyrəklər, dəri, ağ ciyər kimi orqanlar vasitəsi ilə orqanizmin özünü toksiki maddələrdən təmizləməsi deməkdir. Toksinlər və şlaklar haqqında mütəxəssislər arasında birmənalı fikir yoxdur. Orqanizmimiz elə bir quruluşa malikdir ki, normal vəziyyətdə o özü qida və su ilə daxil olan zərərli maddələrin öhdəsindən gəlir.

Şlaklar- ümumiyyətlə, düşünülmüş termindir və bu termin  sağlamlığa tətbiq edilə bilməz.

2. Detoks üçün  şirələri əvvələcədən hazırlamayın

Şirələrlə başlanılan detoks orqanizmin təmizlənməsi üsüllarından biridir. O təsir edir, lakin düzgün yanaşmaq şərti ilə.  Səhvə yol verildikdə, miqren, yorğunluq, yuxusuzluq, halsızlıq kimi problemlər orqanizmdə ciddi streslərə səbəb ola bilər. Və bir çox sistemlər və orqanlar ekstrim rejimdə işləməyə başlayar.

Əgər siz detoksu şirələrlə həyata keçirmək istəyirsinizsə, o zaman proqram başa çatdıqda quru yeməklərə tədricən keçin.

Şirələr gün ərzində 6 - 7 dəfə içilməlidir. Səhəri smuzi ilə başlamaq daha yaxşı olar. Yox əgər  mədədə turşuluq və narahatlıq varsa, o zaman bu üsulu ümumiyyətlə, tətbiq etmək lazım deyil.

Daha bir nüans. Düzgün detoks üçün şirələri istifadə etməyə hazırlaşdığınız zaman hazırlayın. Əvvəlcədən yox. Hazırlanan konsentrasiya 15 - 20 dəqiqədən sonra öz vitamin və xeyirli maddələrini bir neçə dəfə aşağı salır.  Detoksdan çıxan zaman orqanizmi ağır yeməklərlə yükləməyin.  Buğda bişirilən tərəvəzlərlə başlayın, sonrasında isə tədricən adət etdiyiniz rasiona keçin.

3. Siz rasionunuzda zərərli məhsulları saxlayırsınız

Yaxşı olardı ki, detoksa rasionunuzdan çörək, düyü, makaron, kofe, süd məhsullarını çıxararaq,  təravətli meyvə və tərəvəzlərlə başlayasınız. Lakin bir şərtlə: müxtəlif rəngli tərəvəzlərdən istifadə etməklə.  Belə olduqda siz orqanizminizi maksimal şəkildə vitaminizə etmiş olursunuz. Qida rasionunuza mütləq şəkildə yaşıl tərəvəzlər: məsələn, ispanaq, brokoli, kələm və.s. əlavə edin.

4. Siz detoksa başlamazdan əvvəl fizioloji dəyərləriniz haqqında məlumatınız olmur

İstənilən adət edilməmiş bir fəaliyyəti həyata keçirməmişdən öncə, yaxşı olardı ki, mütəxəssis ilə məsləhətləşəsiniz.  Detoksa əks göstəricilər: hamiləlik, həzm sistemi pozğunluğu, endokrinoloji və ürək -qan damar sistemi xəstəlikləri, şəkərli diabet, böyrək çatışmamazlığı kimi xəstəliklərdir.  Orqanizmdə nəyin çatışmadığnı bilmək mütləqdir. Yalnız bundan sonra, lazım olan proqramı seçmək olar.

Detoksun müxtəlif növləri var və hər növə müxtəlif yanaşmaq lazımdır. Lakin ümumi qaydalar da, mövcüddur.

Həftə ərzində rasionunuzdan əti, kofeni, un məmulatlarını, düyünü çıxarın. Daha çox tərəvəz qəbul edin və su içməyi unutmayın - detoks zamanı bu vacibdir!

Qətiyyən bayramdan dərhal sonra detoksa başlamayın. Bu, orqanizm üçün böyük stress olar.

5. Siz əhvalınıza nəzarət etmirsiniz.

Nə qədər bayağı səslənsə də, detoks zamanı orqanizmə qulaq yetirmək vacibdir. Əgər gün ərzində özünüzdə əzginlik, tez yorulma, baş ağrıları hiss edirsinizsə, deməli seçdiyiniz proqram yanlışdır. Detoks zamanı günün ikinci yarısında tərəvəzlərə üstünlük vermək lazımdır. Saat 20: 00 dan sonra qidadan imtina etmək məsləhətdir.

6. Siz rasionunuzda duzdan az istifadə etməlisiniz.

Duz orqanizmdə suyu ləngidir. Əgər onu çıxarmasanız maddələr mübadiləsi o qədər də intensiv keçməyəcək. Ədviyyatlardan da imtina etmək yaxşı olardı. Birincisi, onların tərkibində duz ola bilər, ikincisi isə, selikli qişanın qıcıqlandıraraq mədə - bağırsaq traktı tərəfindən  xoşagələn ola bilməz. Rasionunuzda zeytun yağından istifadə edin. Onun tərkibində mükəmməl antioksidant effekti var, həzmi yaxşılaşdırır və orqanizmin təmizlənməsinə təkan verir.

7. Orqanizmi yükləyirsiniz

Detoks - orqanizm üçün “tətildir”. Maksimal effektə nail olmaq üçün 8 saatadan az yatmayın, idman hərəkətlərinə ara verərək yürüyüşə üstünlük verin. Oksigen mübadilə prosesini yaxşılaşmasına təkan verir.

8. Siz detoks və pəhriz arasında fərqi görmürsünüz

Detoks zamanı avtomatik şəkildə kalori aşağı düşür. Lakin bu, pəhriz deyil. Detoks - proqramın ən başlıca məqsədi bağırsaqların sağalmasıdır, hansı ki,  insanın immun sistemi məhz bu orqandan asılıdır. Tamamilə yağ yığıntılarından qurtulmaq mümkün olmayacaq. Orqanizm sutka ərzində 150 qramdan artıq yağ yandıra bilmir.  İlk gün isə bu çəki 100 qramdan artıq olmur.

9. Siz detoks üçün düzgün zaman seçmirsiniz

Detoks üçün düzgün vaxt yaz və ya payız aylarıdır. Yay aylarında yüksək temperatur göstəricisi altında orqanizmi təmizləmək mümkün olmur.  Yaxşı olardı ki, detoks proqramına şəhərədən kənarda təbiət qoynunda başlayasınız.

Səhv nömrə 10: detoks zamanı siz özünə qulluq proseduru həyata keçirirsiniz.

Bunu məsləhət görməzdik. Məlum deyil ki, orqanizm bu prosedura necə cavab verəcək. Bir çox mütəxəssislər detoksu limfodrenaj masaj ilə müşayiət edilməsini məsləhət görür. Lakin bəziləri isə bunun yanlış olduğunu hesab edirlər.

Könül Əliyeva, “İki sahil”