06 aprel 2018 01:12
2101

Ürək əzələsi istehsal edildi

Elm adamları tibbdə inqilaba səbəb olacaq yeni kəşfə imza atıblar.

“Ölkə.Az” xəbər verir ki, ABŞ-ın Kolumbiya universitetində aparılan tədqiqat nəticəsində ilk dəfə hüceyrələrdən istifadə edilərək tam işləyən ürək əzələsi istehsal edilib.

Alimlər uzun müddətdir ki, bu sahədə araşdırma aparıblar. Əldə edilən hüceyrə yetkin bir insanın ürəyində istifadə ediləcək qədər normaldır.

Əvvəllər də kök hüceyrələrlə ürək əzələsi istehsal edilmişdi. Amma müəyyən problemlər var idi. Son dord həftə ərzində istehsal edilən əzələdə isə, heç bir problem yoxdur.