Uşaqlarda yetişməmiş immunitet daim xaricdən gələn hücumlara qarşı mübarizə aparmağı öyrənir: həyatın ilk pillələrində uşaqlar risk zonasını tərk etmirlər.
Amerika və Finlandiya tədqiqatçıları valideynlərin diqqətini çox vacib bir məsələyə- döşəmənin təmizliyinə cəlb etmək qərarına gəliblər. Hətta müntəzəm ümumi təmizləmə belə mütləq sterilliyi təmin edə bilmir. Mənzillərin döşəməsində təkcə kir deyil, həm də biotullantılar olan dəhşətli bakteriya, toz və göbələk yığını, dəri hissəcikləri və s. toplanır. Körpə yerdə iməkləyərkən bütün bu yığıntılr ilə nəfəs alır.
Əksəriyyət valideyn uşağı qorumaq üçün yerə xalça sərir. Bu paradoks ondan irəli gəlir ki, xalçalar üzərində daha çox zəhərli hissəciklər yığılır.
Bu, həqiqətənmi təhlükəlidir? ABŞ -ın Perdyu Universitetinin tədqiqatçıları evdə bütün xalçaları götürməyə tələsməmək məsləhətini verirlər. Onlar məlumatlarında körpənin həmişə müxtəlif hissəciklərdən nəfəs aldığı həqiqətin əslində pis xəbər olmadığını bildirirlər. Əksinə mikrobların və digər biokütlələrin “inhalasiyası” immunitetin formalaşmasında və gələcəkdə uşağın astma və allergik reaksiyalardan qorunmasında mühüm rol oynaya bilər.
İşin aparıcı müəllifi Brendon Bur və onun dəstəsi həyatın ilk illərində iməkləyən uşaqlar tərəfindən tənəffüs olunan bioloji materialları öyrənməyə qərar verib. Bundan əvvəl onlar havada nə qədər kir və biomaterialların yığıldığını müəyyən edə bilmişdilər. Lakin körpələr haqqında bu cür məlumatlar heç kəsdə yox idi.
Bu məsələni öyrənmək üçün elm adamları iməkləyə bilən robot uşaq yaradıblar.
Robot uşağı könüllü evlərdən götürülən beş müxtəlif xalçanın üzərində iməkləməyə göndəriblər. Robot körpə iməkləyərkən, mütəxəssislər “tənəffüs zonalarının” olduğunu qeyd edərək, onlardan nümunə götürüb və havadakı bütün hissəcikləri təhlil ediblər.
Müəlliflər izah edirlər: uşaq döşəmədə iməkləyərkən, onun hərəkətləri bakteriyaların kütlələrini “narahat edir” və onlar rahatlıqla havaya qalxır və asanlıqla körpənin ağız və burun boşluğuna dolur.
Nəticədə mütəxəssislərin hesablamalarına əsasən, bir uşaq bir xalça üzərində iməkləyərkən, böyüklərdən fərqli olaraq dörd dəfə çox biotullantı udur.
Tədqiqat rəhbərinin sözlərinə görə, belə bir texnologiyanı istifadə edərək, ən bakterioloji hüceyrələr, göbələk yığıntları və toz hissəcikləri qeyri-bioloji materialdan asanlıqla fərqlənə bilər. Bu arada finlandiyalı mikrobiologlar qrupu toplanan mikroorqanizmlərin DNT analizlərini aparıblar.
Yetkinlərdə bioloji hissəciklərin əhəmiyyətli bir hissəsi yuxarı tənəffüs sistemində, burunlarda və boğazda qalır, lakin çox kiçik uşaqlar ağızdan daha tez nəfəs alırlar və biokütlənin əhəmiyyətli bir hissəsi aşağı tənəffüs yollarında yerləşir. “Hissəciklər ağciyərin ən dərin bölgələrinə düşür”, - deyə Bur açıqlayıb.
Lakin hələ də bu cür təsirlərin necə zərərli olması məsələsi açıq qalır. Tədqiqatçılar bunun məhz təbiət tərəfindən nəzərdə tutulmuş nəzəriyyə olduğunu düşünürlər. Bundan başqa, onlar 1980-ci illərin sonlarında “gigiyena fərziyyəsini” ortaya qoyan və çox təmiz bir mühitin immunitet sisteminin inkişafına mane ola biləcəyini söyləyən britaniyalı epidemioloq Devid Straxanın işinə istinad edirlər.
“Bəzi bakterial və göbələk növlərinin təsirləri əlbəttə ki, astmanın inkişafına gətirib çıxara bilər” - Bur bu fikidədir. Lakin, çoxsaylı tədqiqatlar göstərir ki, körpənin konsentrasiyalara məruz qalmağı , əksinə, immunitet sisteminə meydan oxumaq və müqavimətin inkişafına səbəb olan tənəffüs xəstəliklərinin inkişafı ehtimalını azalda bilər.
Yeri gəlmişkən, bəzi bağırsaq bakteriyaları eyni xüsusiyyətlərə sahibdirlər.
Könül Əliyeva, “İki sahil”