18 noyabr 2017 01:21
1065

Duzun başqa bir ziyanı üzə çıxdı

Almaniya, ABŞ və Belçika alimlərindən ibarət qrup yeni tədqiqatın nəticələrini açıqlayıb.

Tədqiqat nəticələrinə əsasən, xörək duzundan çox istifadə məməlilərin bağırsaq florasına mənfi təsir edir.

Nəticədə isə bir sıra xəstəliklər ortaya çıxır. Məqalə "Nature" jurnalının internet səhifəsində yayımlanıb.

Alimlər tərkibində duzun miqdarı çox olan qida ilə bəslənən siçanlar üzərində tədqiqat aparıblar. Məlum olub ki, bu siçanlarda "Lactobacillus murinus" bakteriyalarının miqdarı azalıb. Bu isə bir sıra xəstəliklərə səbəb olub.

İnsanlar üzərində aparan tədqiqat da müəyyən edib ki, xörək duzundan çox istifadə etmək bir sıra bakteriyaların azalmasına, "T-helper 17" tip hüceyrələrin artmasına səbəb olur. Bu hüceyrələrin artımı isə hipertenziyaya səbəb olur.