15 noyabr 2017 15:02
676

Şəmkirdə qanvermə aksiyası keçirilib

Şəmkirdə hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan aksiyaya rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları qatılıblar.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və icra hakimiyyəti aparatının məsul işçilərinin də qoşulduğu aksiyada 250-yə yaxın insan donor qismində iştirak edib.

Toplanan qan hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi üçün Mərkəzi Qan Bankına göndərilib.