11 noyabr 2017 00:49
1377

Gündə 1 fincan qəhvə içmək üçün 10 SƏBƏB

Qəhvənin faydalarını saymaqla bitməz. Xüsusən də müxtəlif xərçəng növlərinə müsbət təsiri var.

"Ölkə.Az" bir fincan qəhvənin sağlamlığımız üçün faydalarını təqdim edir.

1.İdmandan sonra daha az ağrı hiss etməyə kömək edir

Araşdırmalara əsasən idmandan 1 saat əvvəl 1 fincan qəhvə içən insanların daha uzun müddət idman hərəkətləri ilə məşğul ola bildiyini göstərir. Qəhvənin tərkibindəki kofein idman vaxtı əzələləri yorğun və narahat edici hala gətirən kimyəvi maddələrin qarşısını ala bilir. 

2.Ömrünüzü uzadır

İngiltərəli mütəxəssislərin fikrinə görə gündə 3 fincaan qəhvə içmək ömrü uzatmağa kömək edir. Başqa bir araşdırma nəticələrinə əsasən, qəhvə erkən ölüm riskini zaldır. "İnternal Medicine" jurnalında yayımlanan məqaləyə əsasən, qəhvə qaraciyər xəstəlikləri riskini azaldır, qan dövranı problemi və həzm sistemi ilə bağlı xəstəliklərə də kömək edir.

3.Ağız xərçəngi riskini azaldır

Gündə 4 fincan qəhvə içən insanın siqaret çəkib çəkmədiyindən asılı olmayaraq, ölümcül ağız xərçəngi riskinə yoluxma riski yarı-yarıya azalır. Amerikanın Xərçəng Dərnəyi araşdırmaçıları hər gün qəhvə içməyin ağızda və boğazda yaranan şişlərə qarşı qoruyucu təsirə malikdir. 

4.Arıqlamağa kömək edir

Qəhvənin tərkibində metabolizmaya təsir edən bir neçə maddə var. Bunlara xlorojenik turşusu adı verilən və təbii olaraq yaranan bir maddə də daxildir. Bu maddə karbonhidratların yavaş əmilməsinə kömək edir. Bir tədqiqatın nəticələrinə əsasən, qızardılmış qəhvə çəyirdəklərindən hazırlanan yaşıl qəhvə bağırsaqdan sovrulan şəkər miqdarını və vücudun yağ axma sürətini azaltdığı məlum olub.

5.Qəbiz probleminə qarşı yaxşı vasitədir

Qəhvənin tərkibindəki kofein bağırsaqlara müsbət təsir edir və qəbizlilik probleminin qarşısını alır.

6.Təbii ağrıkəsicidir

Londondakı "Goldsmiths College" tədqiqatçıları müəyyən ediblər ki, qəhvə içmək ağrıları azaldır.

7.Baş ağrısına müsbət təsir edir

Tədqiqatlar müəyyən edib ki, aspirin ilə kofeinin qarışığı başağrısını daha tez kəsir. Kofein bir çox ağrıkəsicinin sovrulmasını sürətləndirir. Tədqiqatlar göstərir ki, kofein müxtəlif dərmanların təsirini 40 faiz artırır.

8.Astmanı azaldır

Kofein astma xəstələrinin daha rahat nəfəs almasına kömək edə biləcək bronxial genişlədici kimi təsir edir. Ağ ciyərlərdəki hava yollarını açmağa və bu sayədə xırıltılı nəfəsalma, öskürək və nəfəs darlığı kimi astma simptomlarını zəiflədir.

9.Demansiya xəstəliyi riskini azaldır

Tədqiqatlar göstərir ki, qəhvə içmək yaddaşı möhkəmləndirir. İlıq qəhvə isə Alzheimer xəstəliyi riskini 20 faiz azaldır. Gündə 3-5 fincan qəhvə içən insanlarda demansiya xəstəliyinə yoluxma riski 20 faiz azalır.

10.Qaraciyəri qoruyur

Qəhvə içmək qaraciyər xərçənginin qarşısını alır. Tədqiqatlara görə, gündə sadəcə 1 fincan qəhvə içən insanlarda da qaraciyər xərçənginə yoluxma riski 20 faiz azalır. Gündə 2 fincan qəhvə içmək isə, bu riski 35 faiz azaldır.