15 sentyabr 2017 21:42
538

Xeyriyyə aksiyasında 150 ağcabədili könüllü qan verib

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında keçirilən könüllü qanvermə aksiyasında 150 nəfər qan verib.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan aksiyada rayon sakinləri fəal iştirak ediblər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qan müayinədən keçdikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.