15 sentyabr 2017 16:38
419

Buzovna qəsəbə sakinləri ödənişsiz tibbi müayinələrdən keçiblər

Xəzər rayonunun qəsəbələrində əhalinin ödənişsiz tibbi müayinəsinə başlanılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Binə qəsəbəsinin ardınca Buzovna qəsəbə sakinlərinin tibbi müayinə tədbiri aparılıb.

İcra Hakimiyyəti və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Buzovna bələdiyyəsinin inzibati binasında sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə tədbirində 213 sakin terapevt, ginekoloq, dermatoloq, pediatr və oftalmoloq həkimlərin, eləcə də ultrasəs və exokardioqram müayinələrindən keçiblər. Müayinə olunanlara qanın kliniki analizi üçün xüsusi kupon verilib.