12 sentyabr 2017 23:11
3147

Hansı məqamda uşaqları göz həkiminə aparmaq lazımdır?

Yeni dərs ili ərəfəsində valideynlər çoxlu qayğılarla rastlaşırlar - məktəbli forması almaq, dəftər, qələm və.s. Lakin alimlər bu kimi sıralamaya dərs ili ərəfəsində uşaqları göz həkiminə aparmağı da daxil etməyi mütləq bilirlər. Çünki, hətta yüngül xəstəlik belə uşaqların dərsdə geriləməyinə səbəb ola bilər.

Məhz buna görə, Alabama Universitetinin əməkdaşları valideynlərin uşaqları göz həkiminə aparmaq lazım olduğunu hiss etdikləri simptoma diqqət yetirmələri haqqında danışıblar:

1. Uşaqda baş ağrıları. Əgər uşaq nəyisə görmək üçün gözlərini tez - tez qıyırısa bu, onda baş ağrılarına səbəb ola bilər.

2. Kitab oxumaqdan tez yorulmaq. Ola bilər ki, uşaq, ümumiyyətlə, oxumağı sevməsin, yox, əgər sevdiyi nağılı oxumaqdan tez imtina edirsə, o zaman bu, bir siqnal ola bilər.  Göz yorğunluğu gözlərdə yanma və sancı ilə hiss oluna bilər.

3. Bir gözdə qıyılma. Bu, bir o qədər də zərərli deyil, lakin gözün qıyılması ilə gözə az işıq düşür və əgər siz görsəniz ki, uşaq  gözünü çəpləşdirir, o zaman bu o deməkdir ki, bu şəkildə o nəyisə yaxşı görür nəinki,  adi formada.

4. Qırpmaq və gözü ovuşdurmaq. Əgər uşaq tez - tez  gözünü ovuşdurursa  ya o, yatmaq istəyir, ya da nəyisə yaxı görməkdən ötrü belə edir.

5. Oxuduğu mətni başa düşməməsi. Əgər uşaq oxumaqdan yayınırsa, oxuduğunu başa düşmürsə və ya bir cümləni bir neçə dəfə oxuyursa - bu göz həkiminə  müraciət etmək üçün səbəbdir. 

6. Pis müvəffəqiyyət. Bir çox uşaq müəllimin yazdığı lövhəni yaxşı görmədiyini çox vaxt demir.

7. Kitab və ya elektron qadjetlərin gözə yaxın məsafədə qoyulması. Bunun gözə zərərli olmağı - mifdir, lakin belə bir əlamət yaxın görmənin əlamətləridir.

8. Oxu zamanı sətrin itirilməsi. Təzə - təzə oxumağa başlayan uşaqlar itirməmək üçün barmaqları ilə sətri izləyirlər, lakin oxumağı  çoxdan öyrənən uşaqda belə bir əlamət buna  diqqətli yanaşmaq və onu göz həkiminə aparmaq üçün əsas səbəblərdən biridir.

Vesti.ru