15 yanvar 2018 22:23
986

Məşhur amerikalı alimdən SOS!

Robert Lastiqin: "Uşaqlarımızı könüllü şəkildə zəhərləyirik"

Bu gün cürbəcür şirniyyat məhsulları sağlam olmaq vərdişindan daha çox dəbdədir. Paradoksdur, amma son 15 il ərzində piylənmədən əziyyət çəkən insanların sayı aclıq çəkənlərlə müqayisədə 30 % artıb.

Publika.az xəbər verir ki, bu statistika ayrıca bir ölkənin yox, bütün dünya üçündür. Qeydə alınmış endokrin xəstəliklərin sayı iki dəfə artıb.

Bu, diqqət cəlb etmək üçün şişirdilmiş rəqəmlər deyil. Faktlar Kaliforniya universitetinin professoru Robert Lastiqin San-Fransiskoda real tədqiqatları əsasında əldə edilib. "Yağlı şans" və "Şəkər: Acı həqiqət" kitablarının müəllifi olan Robert Lastiq ABŞ-da ən məşhur həkimlərdən biridir.

Lastiqin komandası ötən il qida sənayesi bazarının tədqiqi üçün çox güclü statistika açıqlayıb. Məlum olub ki, şəkərli diabet və piylənmə epidemiyasının əsasında bir çox zərərli qida vərdişləri dayanır. Və bütün bunların başında yeyinti sənayesi dayanır. Professor öz sübutlarının elmi izahlarını da açıqlayıb. Bu gün dünya əhalisinin 5% -i şəkərli diabet xəstəsidir və bu faiz ildən-ilə artır.

Xəritədə göstərilən rəqəmlərə inansaq, 2030-cu ildə piylənmə xəstəliyi 42 faiz artacaq. Bu, təkcə Amerika və Meksikaya aid deyil.