25 iyun 2018 20:42
1177

Həqiqətənmi bu məhsul orqanizmə zərərlidir?

Kolbasa – bütün süfrələrin ən sevimli məhsuludur. Həqiqətənmi bu məhsuldan mütəmadi istifadə etmək orqanizmə zərərlidir?

Ekspertlərin sözlərinə görə, kolbasa məhsullarının tərkibinə nitrit natriya deyilən bir maddə əlavə olunur.

Bu qida əlavəsi antibakteriyal xassəyə malikdir və konservant kimi qəbul olunur. Bu əlavənin əsas xüsusiyyətlərindən biri məhsulu təhlükəli bakteriyalardan qorumaqdır. Belə bir maddənin olmasını məhsulun rəngindən müəyyən etmək mümkündür. Mütəxəssislərin sözlərinə görə, kolbasa və sosislərin təkibinə nitrit natriya əlavə olunmadıqda bu məhsulun rəngi açıq boz rəngdə olur. Lakin bütün araşdırmalar göstərir ki, nitrit natriya xərçəng xəstəliyinin yarnamasına təkan verir. Lakin ekspertlərin fikirlərinə görə, təkibində aşağı səviyyədə nitrit natirya olan məhsulların qəbulu xərçəng xəstəliyinin yaranmasına səbəb  olmur.

Bir dilim kolbasada olan nitrit natriya orqanizmə zərər yetirməz.  Lakin biz orqanizmə riskli olan atmosferdə yaşayırıq: əgər müxtəlif mənbələrdən orqanizmə daxil olan hansı bir kansoregen müdafiə sistemini dağıda bilər.

Könül Əliyeva, “İki sahil”