27 iyun 2018 18:57
1189

Planşet boyun nahiyəsində ağrıların yaranmasına səbəb olur

Alimlər planşetdən istifadə və onurğa sütununda problemlərin yaranması arasında birbaşa bağlılıq aşkar ediblər.

AZƏRTAC “life.ru” saytına istinadən bildirir ki, Nevada Universitetinin alimlərinin qənaətinə görə, planşetdən istifadə boyun nahiyəsində ağrıların yaranmasına birbaşa təsir edir. Bu haqda “Science News” nəşri yazıb.

Planşet istifadəçilərinin əksəriyyəti displeyə baxmaqla belini bükür. Nadir hallarda qurğunu elə saxlayırlar ki, bel düz dayansın. Bu isə onurğa sütununda ağrıların yaranmasına səbəb olur.

Alimlər tərəfindən keçirilmiş araşdırma nəticəsində məlum olub ki, qadınların 70 faizi və kişilərin 30 faizi boyun nahiyəsindəki ağrılardan şikayət edirlər.