02 noyabr 2018 15:53
2749

Metro tikintisi çökdü

Hadisə yerində 7-8 metr dərinliyində çuxur açılıb

İstanbulda metro tikintisinin olduğu bir küçədə çöküntü baş verib.

Çöküntünün altında qalan 2 nəfər dünyalarını dəyişib.

İstanbul Böyükşəhər Bələdiyyəsindən edilən açıqlamada deyilir ki, çöküntü Dudullu-Bostancı metro xəttinin Parseller stansiyası ilə Depo sahəsi arasındakı tuneldə meydana gəlib.

Hadisə yerində 10 metr diametrində, 7-8 metr dərinliyində çuxur açılıb.