07 noyabr 2018 21:25
3093

Fransada çökən binaların altından 6 cəsəd tapılıb

Fransanın Marsel şəhərində qəzalı vəziyyətdə olduğuna görə çökən 2 binanın dağıntıları altından 6 nəfərin cəsədi çıxarılıb.

Azvision.az “Reuters”ə istinadən bildirir ki, bu barədə Fransanın dövlət prokuroru məlumat verib. Bildirilib ki, fövqəladə xidmət əməkdaşları dağıntıların altından 4 kişi və iki qadının cəsədini tapıblar. Fransa rəsmiləri dağıntılar altında daha iki nəfərin qaldığını istisna etmirlər. 

Qeyd edək ki, bazar ertəsi Marseldəki təmirə ehtiyacı olan 2 köhnə bina tamamilə çöküb. Qəzalı vəziyyətdə olan binaların sakinlərinin əvvəlcədən başqa yaşayış yerlərinə köçürüldüyü bildirilsə də, evsiz adamların orada sığınması dağıntıların itkilərlə nəticələnməsinə səbəb olub.