20 yanvar 2018 19:44
1011

Qohumunu odlu silahla yaralayan şəxs saxlanılıb

Yanvarın 19-da Füzuli Rayon Polis Şöbəsinə rayon sakini Yaşar İbişovun odlu silahla yaralanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dərhal hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Y.İbişovun Qayıdış qəsəbəsində olarkən münaqişə zəminində qohumu, Fin qəsəbə sakini Cəsarət Nəbiyevin tüfəngdən açdığı atəş nəticəsində yaralanması müəyyən edilib.

Görülmüş tədbirlərlə C.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-8” markalı tüfəng də götürülüb.

Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.