23 yanvar 2018 14:24
965

Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb

Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan “Land Rover Range Rover” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.