21 sentyabr 2017 18:12
537

Balakən rayonunda zəlzələ baş verib

Sentyabrın 21-də Balakən rayonu ərazisində 3,8 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 13:06:03-də qeydə alınıb.

Ocağı 8 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub