21 sentyabr 2017 17:53
477

6 ədəd mobil telefon aşkar olunub

Gömrük nəzarətindən gizlədilən 6 ədəd mobil telefon aşkar olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirilib ki, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn vətəndaşın idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin salonunda, torpedanın içərisində 6 ədəd "Samsung J3-6" markalı mobil telefon aşkar olunub.