21 sentyabr 2017 17:29
584

Gömrükçülər narkotik vasitə aşkarlayıb

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. Vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığından onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 9,150 qram olan narkotik vasitə - heroin aşkar olunub.