11 iyul 2018 22:25
1014

OPEC: Azərbaycanın neft hasilatı azalacaq

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, may ayında Azərbaycanın xam neft hasilatı artaraq gündəlik 730 min barrel olub. Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı “Mərkəzi” və “Şərqi Azəri” platformaları vasitəsilə kondensat da daxil olmaqla ölkənin neft istehsalı çoxalaraq sutkalıq 810 min barrel təşkil edib.

Bu il Azərbaycanın neft hasilatının orta hesabla 10 min barrel azalaraq gündəlik 790 min barrelə düşəcəyi proqnozlaşdırılır.

OPEC Azərbaycanın neft istehsalının 2019-cu ildə isə orta hesabla 20 min barrel aşağı düşərək sutkada 770 barrelə olacağını nəzərdə tutur.