12 iyul 2018 18:28
1282

İlin birinci yarısında Azərbaycandan neft məhsullarının ixracı çoxalıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 548 min 24 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. Altı ayda ixrac edilən neft məhsullarının dəyəri 282 milyon 794 min ABŞ dolları olub.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə Azərbaycandan 380 min 224 ton neft məhsulları ixrac olunub, ixracın dəyəri isə 145 milyon 997 min dollar təşkil edib.