12 aprel 2018 16:56
961

14 ildə 554,4 milyon ton xam neft hasil edilib

Azərbaycanda 2014-2017-ci illərdə qaz kondensatı da daxil edilməklə 554,4 milyon ton xam neft, 308,5 milyard kub-metr təbii qaz hasil edilib, 16,5 milyon ton avtomobil benzini, 32,8 milyon ton dizel yanacağı, 8,8 milyon ton ağ neft istehsal olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

O bildirib ki, 2003-cü illə müqayisədə neftin hasilatı 2,5 dəfə, təbii qazın hasilatı isə 5,6 dəfə artıb.