16 noyabr 2017 18:58
741

9 ayda "Petkim"in xalis mənfəəti 169 faiz artıb

2017-ci ilin 9 ayı ərzində "Petkim" holdinqin xalis mənfəəti 266 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycandakı Amerika Ticarət Palatasının təşkil etdiyi işgüzar görüşdə deyib.

O bildirib ki, 9 ay ərzində təxminən 266 milyon dollar təşkil edən mənfəət ötən ilin analoji dövrü ilə müqayisədə 169 faiz artım deməkdir.