16 noyabr 2017 17:56
1016

Karbamid zavodunun illik gəliri 140-150 milyon dollar olacaq

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid zavodunun illik gəlirinin 140-150 milyon dollar olması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycandakı Amerika Ticarət Palatasının təşkil etdiyi işgüzar görüşdə deyib.

O bildirib ki, 2017-ci ilin sonunda tikintisi başa çatan zavod 2018-ci ilin əvvəllərində istifadəyə veriləcək.