19 sentyabr 2017 17:14
325

“Ümid” yatağından 1,5 milyard kubmetr qaz hasil olunub

Bu vaxtadək “Ümid” yatağından 1,5 milyard kubmetr qaz və 237 min ton kondensat hasil olunub

İşlənmənin əvvəlindən indiyədək “Ümid” yatağından 1 milyard 517 milyon kubmetr qaz və 237 min ton kondensat hasil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. O bildirib ki, hazırda yataqda iki quyu işləyir – 10 və 14 nömrəli quyular. “Ümid” yatağının işlənməsi çərçivəsində burada 4 yeni özülün quraşdırılması, bu özüllərdən 19 istismar quyusunun qazılması layihəsi üzərində iş gedir.

“Ümid” yatağının karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.