19 sentyabr 2017 17:00
250

İndiyədək AÇG-dən 435,6 milyon ton neft hasil edilib

İşlənmənin əvvəlindən bu il sentyabrın 1-dək “Əsrin müqaviləsi” çərçivəsində “Azəri”, “Çıraq” yataqlarından və “Günəşli” yatağının dərinsulu hissəsindən 435,6 milyon ton neft hasil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. O bildirib ki, bu vaxtadək AÇG-dən 136,3 milyard təbii qaz da hasil olunub.