19 sentyabr 2017 15:05
274

SOCAR “SAP Value Award” mükafatına namizədlər sırasındadır

SOCAR beynəlxalq tərəfdaşı olan SAP MDB-nin təşkil etdiyi “SAP Value Award” mükafatına namizədlər sırasındadır.

AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, şirkət “SAP Value Award” mükafatına hasilatın idarə olunmasının kompleks həlləri bazasında, neft və qaz balansının formalaşmasının vahid metodologiyasının tətbiqi və beləliklə, şirkətin kapitallaşmasının 20 milyon avro dəyərində artması sayəsində namizəd olub.