Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 77 min 503-ə çatıb

13 noyabr 2017 19:08
614

Azərbaycanda təbii qazla təmin edilən abonentlərin sayı 2 milyon 77 min 503-ə çatıb.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-oktyabr ayları ərzində birlikdə əhali sektoru üzrə 73 min 719 yeni abonent qeydiyyata alınıb ki, bunun da 37 min 789-u Bakı, Abşeron və Sumqayıt, 35 min 930-u isə regionlar üzrədir. Bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 77 min 503-ə çatıb.

Noyabrın 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 457 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.